0
Sunday 10 January 2021 - 12:08

Bayden: ABŞ prezidenti qanundan üstün deyil!

Story Code : 909269
Bayden: ABŞ prezidenti qanundan üstün deyil!
Bayden Twitter-də yazıb: "Prezidentimiz qanundan üstün deyil, ədalət xalqa xidmət göstərir, güclüləri qorumur!"

Bu barədə "New York Times" qəzeti məlumat yayaraq bildirib ki, Tramp köməkçilərinə prezidentliyinin son günlərində iki əfv qərarı vermək istədiyini söyləyib.

Hələ dəqiq məlum deyil ki, Tramp öz tərəfdarlarının Konqresə hücumundan sonra da bu məsələni qaldıracaq, yoxsa yox.

Bu günədək ABŞ prezidentlərindən heç biri özü barədə əfv fərmanı verməyib. Bu səbəbdən ABŞ məhkəmə sistemində bu qərarın necə qəbul ediləcəyi məlum deyil.