0
Sunday 10 January 2021 - 12:28

Şəhid General Hacı Qasim Süleymaninin vəsiyyətnaməsi - 3

Story Code : 909273
Şəhid General Hacı Qasim Süleymaninin vəsiyyətnaməsi - 3
Mənim əziz qardaş-bacılarım, ata-analarım
İslam cümhuriyyəti bu gün özünün ən başıuca mərhələsindədir. Bilin ki, düşmənin sizə necə baxması önəmli deyil. Düşmənlər sizin Peyğəmbərinizə (s) və Allahın övliyalarına necə baxırdılar?! Peyğəmbər (s) və Allah övliyaları ilə necə rəftar edirdilər?! Ona nə töhmətlər vurub, məzlum övladları ilə necə davrandılar?! Düşmənin məzəmməti, istehzası və basqısı sizi təfriqəyə və ayrılığa salmasın.
Bilin və bilirəm ki, bilirsiniz. Əziz Xomeyni əvvəl İslamı İranın dayağı etdi. Sonra İranı, İslamın xidmətinə verdi. Əgər İslam və islami ruhiyyə olmasaydı, Səddam yırtıcı canavar kimi bu ölkəni parçalayardı. Həmçinin Amerika da quduz it kimi bu işi görərdi. Rəhmətlik İmamın məharəti – İslamı dayaq olaraq gətirməsi idi. Aşura və Məhərrəmi, Səfər və Fatimiyyəni bu millətin dayağı etdi. İnqilab içində inqilablar icad etdi. Buna görə də hər mərhələdə m
inlərlə fədakar, canlarını İran millətinə, torpağına və İslama sipər etdi. Ən böyük maddi gücləri öz qarşılarında zəlil etdilər.
Əzizlər, üsulda ixtilaf etməyin…
Şəhidlər – hamımıza izzət və kəramət meyarıdır. Təkcə bu gün deyil, onlar həmişəlik olaraq Sübhan olan Allahın geniş dəryasına qovuşublar. Onları olduqları kimi, gözünüz, ürəyiniz və dilinizdə böyük tutun. Övladlarınızı onların adı və şəkilləri ilə tanış edin. Sizin hamınız, yetim sayılan şəhid övladlarına ehtiram və ədəblə nəzər edin. Onların yoldaşlarına, ata-analarına ehtiram edin. Necə ki, öz övladlarınızın təqsirindən tez keçirsiniz, onların da atasız, anasız, yoldaşsız, övladsız olmalarına görə, onlara xüsusi diqqət edin.
Vəliyyi-fəqihin başçılıq etdiyi və canınızı, məzhəbinizi, İslamınızı və ölkənizi qoruyan silahlı qüvvələrə hörmət edin. Onlar da həmçinin evlərini qoruduqları kimi, milləti, millətin namusunu və torpağını qorusun. Millətə ehtiram və hörmətlə yanaşsın. Necə ki, Əmirəl-möminin (ə) buyurur: Silahlı qüvvələr millətin izzət mənbəyi olmalıdır. Zəiflərin və millətin sığınacağı, qalası və zinəti olmalıdır.
Tagged
qasim
Related Stories
Comment