QR CodeQR Code

Pelosi: Tramp mühakimə olunmağa layiq təhlükəli bir insandır!

إسلام تايمز , 10 Jan 2021 18:17

İslamTimes: ABŞ Nümayəndələr Palatasının spikeri Trampın mühakimə olunmağa layiq olan təhlükəli bir şəxs olduğunu bildirib.


Fox News-un verdiyi məlumata görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi son müsahibəsində Trampı mühakimə olunmağa layiq olan dəlisov, xaotik və təhlükəli bir şəxs adlandırıb.

Nensi Pelosi ötən həftə bir qrup Tramp tərəfdarının Konqresə soxularaq, vəhşiliklərə əl atmasını yada salaraq deyib:
"Hökuməti kimsə idarə edirmi? Təəssüf ki, bu gün hökuməti idarə etmək vəzifəsini dəlisov, təhlükəli bir prezident icra edir. Bir neçə gün ərzində ondan qurtulacağıq, amma Tramp etdiyi əməllərə görə mühakimə olunmalıdır!"


Story Code: 909328

News Link :
https://www.islamtimes.org/az/news/909328/pelosi-tramp-mühakimə-olunmağa-layiq-təhlükəli-bir-insandır

Islam Times
  https://www.islamtimes.org