0
Sunday 10 January 2021 - 19:59

Trampa növbəti ŞOK - Fəxri doktorluğu da ləğv edildi

Story Code : 909338
Trampa növbəti ŞOK - Fəxri doktorluğu da ləğv edildi
Respublikaçıların Trampı tək qoymasından və Twitterin Trampa məxsus 80 milyon izləyicisi olan səhifəni qapatmasından sonra, artıq bir zamanlar Trampa verilmiş təhsil sahəsindəki fəxri adlar da ondan alınır!
 
Əksər sosial platformaların Donald Trampın səhifələrini silməsindən sonra "Lehigh" universitetinin idarə heyəti Donald Trampa verilən fəxri doktorluq dərəcəsinin ləğv edildiyini açıqlayıb.
 
"Lehigh" Universitetinin müəllimləri bu qərarın səbəbini izah etməkdən imtina ediblər.
 
Tramp 1988-ci ildə "Lehigh" Universitetinin açılış mərasimində çıxış edərkən fəxri doktorluq dərəcəsi almışdı.
 
Trampın ekstremist tərəfdarlarının Konqresə soxulmasından sonra Nensi Pelosi başda olmaqla Nümayəndələr Palatasındakı demokratlar Trampı impiçment etməyə və 20 yanvardan da daha tez ondan qurtulmağa çalışırlar.