QR CodeQR Code

İngiltərədə vətəndaş müharibəsi başlayır

islamtimes , 10 Aug 2011 22:36

Translator :

Islamtimes - Britaniya hakimiyyəti narahatdır.


islamtimes.org/az/ - Dünyanın başına min cür bəla gətirən İngiltərə indi böyük bir ictimai yanğınla üz-üzə dayanıb. İngiltərənin paytaxtı Londonun şimalında keçən həftənin axırında bir gəncin polislər tərəfindən öldürülməsi ilə başlayan etirazlar dünən də bütün Londonu ayağa qaldırıb.

Tottenhamdan başlayan etiraz aksiyaları Oxford Circus daxil olmaqla Londonun şimalı, şərqi və cənubuna da sıçradığı bildirilir. Hökuməti istefaya çağıran nümayişçilərin hər saat artması dövləti narahat edir.

Bu gün səhər İngiltərə Daxili İşlər Naziri Tereza May, cəmi 215 adamın saxlanıldığını , 32 adam haqqında isə iddia qaldırıldığını etiraf etmişdir. Lakin qeyri rəsmi mənbələr bu rəqəmin iki qat çox olduğunu bildirirlər.

Hadisələrdə 35 polisin də yaralandığını dilə gətirən May, "Layiq olduqları cəzanı alacaqlar" demişdir. 20 ildir Broadwater Farmda yaşadığını deyən Türk əslli vətəndaş polisin Türklərə və qaralara qarşı kobud münasibətini qeyd edib.


Story Code: 90935

News Link :
https://www.islamtimes.org/az/news/90935/ingiltərədə-vətəndaş-müharibəsi-başlayır

Islam Times
  https://www.islamtimes.org