0
Sunday 10 January 2021 - 22:23

Ərdoğan “WhatsApp”-dan imtina edib

Story Code : 909365
Ərdoğan “WhatsApp”-dan imtina edib
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Buna səbəb “WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.

Türkiyə Prezidentinin administrasiyası “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə etməyə qərar verib.  Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb.

Bundan əvvəl ‘WhatsApp”  istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.