QR CodeQR Code

Ərdoğan “WhatsApp”-dan imtina edib

10 Jan 2021 22:23

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməkdən imtina edib.


APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Buna səbəb “WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.

Türkiyə Prezidentinin administrasiyası “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə etməyə qərar verib.  Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb.

Bundan əvvəl ‘WhatsApp”  istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.

 


Story Code: 909365

News Link :
https://www.islamtimes.org/az/news/909365/ərdoğan-whatsapp-dan-imtina-edib

Islam Times
  https://www.islamtimes.org