QR CodeQR Code

Suriyada qruplaşmaların nəzarətində olan bölgədə neft anbarına aviazərbələr endirilib

11 Jan 2021 10:18

İslamTimes: Suriyanın Hələb əyalətinin şimal-şərqində qruplaşmaların nəzarətində yerləşən Tarhin qəsəbəsi ərazisində neft anbarına hava zərbələri endirilib.


SalamNews əl-Aləmə istinadla xəbər verir ki, ötən gecə əl-Bab şəhəri ətrafında Tarhin qəsəbəsində yerləşən neft çənlərinin saxlanıldığı məkana hava zərbələri endirilib.

Hava zərbələri naməlum PUA-lar tərəfindən endirilib.

Bu hücumun Rusiya və ya ABŞ koalisiyasına aid PUA-lar tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Hava zərbələri şiddətli partlayışlar və yanğınlara səbəb olub.

Mərkəzi Londonda yerləşən “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”nun məlumatına görə ötən ayın 20-də də həmin məkana naməlum PUA-lar tərəfindən aviazərbələr endirilib.


Story Code: 909421

News Link :
https://www.islamtimes.org/az/news/909421/suriyada-qruplaşmaların-nəzarətində-olan-bölgədə-neft-anbarına-aviazərbələr-endirilib

Islam Times
  https://www.islamtimes.org