Növbəti istefa çağırışı Pensilvaniya senatoru Pat Tumeydən gəlib. Bundan əvvəl də Alyaska senatoru, respublikaçı Liza Murkovski Trampın istefasını tələb etmişdi.
“Düşünürəm ki, ölkəmiz üçün ən yaxşısı prezidentin istefa verib, ən qısa zamanda getməsidir”, - Tumey bildirib.
Respublikaçı senator ABŞ Konqresinə hücumun edilməsində də Trampın günahı olduğunu ifadə edib.