0
Monday 11 January 2021 - 23:03

FBI: Trampın silahlı tərəfdarları aksiya keçirməyi planlaşdırır

Story Code : 909583
FBI: Trampın silahlı tərəfdarları aksiya keçirməyi planlaşdırır
ABŞ Federal Polisi Donald Trampın silahlı tərəfdarlarının yaxın günlərdə Konqres qarşısında nümayiş keçirmək planı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bu şəxslər Trampın 20 yanvardan daha öncə vəzifəsindən kənarlaşdırılmasına qarşı aksiya keçirmək niyyətindədirlər.

ABŞ Federal Polisi 16 yanvarda Vaşinqtona getməyi planlaşdıran silahlı bir qrup haqqında məlumat əldə etdiyini bildirib.

ABC News-un müxbirinin verdiyi məlumata görə, silahlı qrup Konstitusiyanın 25-ci düzəlişindən istifadə edilərək Trampın vəzifəsindən kənarlaşdırılmasının əleyhinədirlər. Onlar bu addım atılacağı təqdirdə geniş iğtişaşların baş verə biləcəyi barədə təhdid mesajı ünvanlayıblar.

ABC News həmçinin bildirib ki, ABŞ-ın 50 əyalətində 16 yanvardan 20 yanvaradək silahlı etirazçılar aksiya keçirməyi planlaşdırır.