0
Tuesday 12 January 2021 - 00:37

Britaniyada bir gündə 46 mindən çox insanda koronavirus aşkarlanıb

Story Code : 909598
Britaniyada bir gündə 46 mindən çox insanda koronavirus aşkarlanıb
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 118 518 nəfərə çatıb.

Son sutka ərzində 529 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 81 960 nəfərə çatıb.