0
Tuesday 12 January 2021 - 02:00

ABŞ Kubanı yenidən terrorçuluğu dəstəkləyən dövlətlərin siyahısına salıb

Story Code : 909601
ABŞ Kubanı yenidən terrorçuluğu dəstəkləyən dövlətlərin siyahısına salıb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bazar ertəsi etdiyi açıqlamasında deyib.

“Dövlət Departamenti terrorçulara sığınacaq verməklə beynəlxalq terror aktlarını dəstəklədiyinə görə Kubanı terrorçuluğu dəstəkləyən dövlətlər siyahısına daxil etdi. Bu addımla Kuba hökumətini yenidən məsuliyyətə cəlb edəcəyik və Kastro rejiminin beynəlxalq terrorizmə, ABŞ ədliyyə sisteminə qarşı təxribatçı hərəkətlərə göstərdiyi dəstəyə son qoyması lazım olduğuna dair açıq siqnal göndərəcəyik”, - deyə Pompeonun açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, rəsmi Havana ölkədə yaşayan kolumbiyalı solçu radikal üsyançı “Milli Qurtuluş Ordusu” qrupunun liderlərini təhvil verməkdən imtina edib. Bundan başqa, “Kuba siyasi motivdə zorakılıq ittihamı ilə axtarılan bir neçə ABŞ-dan olan cinayətkar üçün də sığınacaq verir”.