QR CodeQR Code

Tramp günahlarını yumağa çalışır

12 Jan 2021 12:19

İslamTimes: Tramp Baydenin andiçmə mərasimi öncəsi Vaşinqtonda fövqəladə vəziyyət elan edib


ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 20-də Demokratlar Partiyasından prezident seçkilərində qalib gəlmiş Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Donald Tramp bu gün Kolumbiya dairəsində fövqəladə vəziyyət rejimi elan edib və 59-cu prezidentin andiçmə mərasimi ilə əlaqədar fövqəladə vəziyyət səbəbindən dairənin təhlükəsizlik tədbirlərinə əlavə federal yardımın yönəldilməsini dair əmr verib”, - Ağ Evin məlumatında belə deyilir.


Story Code: 909646

News Link :
https://www.islamtimes.org/az/news/909646/tramp-günahlarını-yumağa-çalışır

Islam Times
  https://www.islamtimes.org