0
Tuesday 12 January 2021 - 12:19

Tramp günahlarını yumağa çalışır

Story Code : 909646
Tramp günahlarını yumağa çalışır
ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 20-də Demokratlar Partiyasından prezident seçkilərində qalib gəlmiş Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Donald Tramp bu gün Kolumbiya dairəsində fövqəladə vəziyyət rejimi elan edib və 59-cu prezidentin andiçmə mərasimi ilə əlaqədar fövqəladə vəziyyət səbəbindən dairənin təhlükəsizlik tədbirlərinə əlavə federal yardımın yönəldilməsini dair əmr verib”, - Ağ Evin məlumatında belə deyilir.