QR CodeQR Code

Pompeo İranı "Əl-Qaidə" ilə əlaqədə günahlandırmaq niyyətindədir

إسلام تايمز , 12 Jan 2021 12:37

İslamTimes: ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranı "Əl-Qaidə" ilə əməkdaşlıqda ittiham etmək niyyətindədir.


"Reuters" verdiyi məlumata görə ABŞ dövlət katibi Mayk Pompeo Kubanı yenidən terroru dəstəkləyən ölkələr siyahısına əlavə etdikdən sonra, indi də İranı terror qruplaşmasına dəstək verməkdə günahlandırmaq niyyətindədir. Pompeonun İranı Əl-Qaidə üzvlərinə sığınacaq verməkdə də günahlandıracağı güman edilir.

Qeyd edək, Hillari Klinton kimi yüksəksəviyyəli rəsmilərin də etiraflarında qeyd edildiyi kimi, ABŞ dövləti özü Taliban, Əl-Qaidə və qandonduran cinayətlərlə yadda qalan İŞİD kimi terror təşkilatlarının maliyyələşdirilməsində əsas rol oynayan ölkə olub.

Hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi "CIA"-nın yüksək rütbəli məmuru Stiven Kelli də "İŞİD-i biz yaratdıq, biz maliyyələşdirdik" deyərək ABŞ-ın əslində terrorizmlə mübarizə aparmadığını, əksinə terror qrupları yaratmaqla  müsəlmanlar yaşayan ölkələrdə qətliamlar törətdiyini etiraf edib.


Story Code: 909648

News Link :
https://www.islamtimes.org/az/news/909648/pompeo-iranı-əl-qaidə-ilə-əlaqədə-günahlandırmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org