0
Tuesday 12 January 2021 - 22:35

ABŞ-ın Yəməndəki sabiq səfiri Ənsarullahla bağlı qərarı qınadı

Story Code : 909755
ABŞ-ın Yəməndəki sabiq səfiri Ənsarullahla bağlı qərarı qınadı
ABŞ-ın Yəməndəki sabiq səfiri CNN-ə verdiyi açıqlamada deyib: "Bu cür qərar husilərdən daha çox ABŞ üçün problem yaradacaq. Husilər bundan təsirlənməyəcək. Əlbəttə ki, İran üçün də husilərin terror siyahısına salınması ər hansı problem yaratmayacaq."

Cerald Verlstein bu addımın Yəməndəki münaqişənin həlli səylərinə mənfi təsir edəcəyini və ABŞ üçün işləri daha da çətinləşdirəcəyini söyləyib. Tramp administrasiyası isə Ənsarullahı terrorçu qrup kimi qələmə verməkdə israrlıdır. Sabiq səfir ABŞ-da yeni hökumətin iş başına gəldikdən sonra Ənsarullahla bağlı qərarda dəyişiklik etməsinin vacib olduğunu qeyd edib. O bu işin asan olmayacağını və Tramp administrasiyasının Co Bayden üçün bir çox problem yaradaraq işləri təhvil verəcəyini söyləyib.