QR CodeQR Code

ABŞ-ın Yəməndəki sabiq səfiri Ənsarullahla bağlı qərarı qınadı

إسلام تايمز , 12 Jan 2021 22:35

İslamTimes: ABŞ-ın Yəməndəki keçmiş səfiri Cerald Verlstein Ənsarullah hərəkatının terror təşkilatları siyahısına salınmasını "böyük səhv" adlandırdı


ABŞ-ın Yəməndəki sabiq səfiri CNN-ə verdiyi açıqlamada deyib: "Bu cür qərar husilərdən daha çox ABŞ üçün problem yaradacaq. Husilər bundan təsirlənməyəcək. Əlbəttə ki, İran üçün də husilərin terror siyahısına salınması ər hansı problem yaratmayacaq."

Cerald Verlstein bu addımın Yəməndəki münaqişənin həlli səylərinə mənfi təsir edəcəyini və ABŞ üçün işləri daha da çətinləşdirəcəyini söyləyib. Tramp administrasiyası isə Ənsarullahı terrorçu qrup kimi qələmə verməkdə israrlıdır. Sabiq səfir ABŞ-da yeni hökumətin iş başına gəldikdən sonra Ənsarullahla bağlı qərarda dəyişiklik etməsinin vacib olduğunu qeyd edib. O bu işin asan olmayacağını və Tramp administrasiyasının Co Bayden üçün bir çox problem yaradaraq işləri təhvil verəcəyini söyləyib.


Story Code: 909755

News Link :
https://www.islamtimes.org/az/news/909755/abş-ın-yəməndəki-sabiq-səfiri-ənsarullahla-bağlı-qərarı-qınadı

Islam Times
  https://www.islamtimes.org