0
Wednesday 13 January 2021 - 03:31

Tramp Baydenə xəbərdarlıq etdi

Story Code : 909778
Tramp Baydenə xəbərdarlıq etdi
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun ”, - deyə Donald Tramp vurğulayıb.

ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci düzəlişinə əsasən ölkə prezidenti Donald Trampı bacarıqsız elan edə bilər. Artıq bir çox demokrat senatorlar bu düzəlişdən istifadə üçün Mayk Pensə müraciət ediblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub.