0
Wednesday 13 January 2021 - 12:38

Moskva: ABŞ-ın İrana qarşı iddiaları əsassızdır

Story Code : 909869
Moskva: ABŞ-ın İrana qarşı iddiaları əsassızdır
Rusiya Xarici İşlər Nazirliyi bu gün ABŞ Dövlət katibi Mayk Pompeonun İran İslam Respublikasının "Əl-Qaidə" terror şəbəkəsinə qoşulmasına dair son iddialarını əsassız adlandırıb.

Dünən Vaşinqtondakı çıxışında ABŞ Dövlət katibi İranın "Əl-Qaidə" ilə əlaqəsi olduğunu və hətta İranın 11 sentyabr hücumlarında iştirak etdiyini iddia edib.
Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında Pompeonun İranın "Əl-Qaidə" üçün bir cənnətə çevrildiyi iddialarının əsassız olduğunu və Moskvanın bu cür əməkdaşlıq haqqında bir məlumatının olmadığını vurğulayıb.

Bundan əvvəl, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Dövlət katibinin İrana qarşı iddialarını uydurma adlandırmışdı. /Eastnews/