QR CodeQR Code

Moskva: ABŞ-ın İrana qarşı iddiaları əsassızdır

13 Jan 2021 12:38

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət katibinin İran İslam Respublikası ilə bağlı yeni ittihamını əsassız adlandırıb.


Rusiya Xarici İşlər Nazirliyi bu gün ABŞ Dövlət katibi Mayk Pompeonun İran İslam Respublikasının "Əl-Qaidə" terror şəbəkəsinə qoşulmasına dair son iddialarını əsassız adlandırıb.

Dünən Vaşinqtondakı çıxışında ABŞ Dövlət katibi İranın "Əl-Qaidə" ilə əlaqəsi olduğunu və hətta İranın 11 sentyabr hücumlarında iştirak etdiyini iddia edib.
Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında Pompeonun İranın "Əl-Qaidə" üçün bir cənnətə çevrildiyi iddialarının əsassız olduğunu və Moskvanın bu cür əməkdaşlıq haqqında bir məlumatının olmadığını vurğulayıb.

Bundan əvvəl, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Dövlət katibinin İrana qarşı iddialarını uydurma adlandırmışdı. /Eastnews/


Story Code: 909869

News Link :
https://www.islamtimes.org/az/news/909869/moskva-abş-ın-irana-qarşı-iddiaları-əsassızdır

Islam Times
  https://www.islamtimes.org