0
Wednesday 13 January 2021 - 13:55

Sionist rejim Fələstin torpaqlarında yeni yaşayış massivi inşa edir

Story Code : 909883
Sionist rejim Fələstin torpaqlarında yeni yaşayış massivi inşa edir
"Fələstin Alan" xəbər saytı, KAN-a istinadən bildirib ki, sionistlər üçün işğal altındakı Qüdsün cənubunda 400, şimalda isə 130 mənzil inşa edilməsi barədə qərar qəbul edilib.

Bildirilir ki, bu qərarın icrası ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin hakimiyyətə gəlməsindən əvvəl start götürüb. Bayden daha öncələr işğal olunmuş ərazilərdə yaşayış massivləri salınması prosesini dayandırmağa çalışıb.

Qeyd edək ki, BMT 2016-cı ildə 2334 saylı qətnamə qəbul edərək işğalçı İsrail rejimindən Fələstin ərazilərində sionist yaşayış məskənləri salınmasını dayandırmağı istəyib. Amma Benyamin Netanyahu bir neçə gün öncə Qərb Sahilində daha 800 mənzil inşa edilməsi ilə bağlı qərar qəbul ediləcəyini söyləyib.