QR CodeQR Code

Hillari Klinton Səudiyyə rejimini qətldə günahlandırdı

إسلام تايمز , 13 Jan 2021 16:10

İslamTimes: ABŞ-ın sabiq dövlət katibi Twitter mesajında ​​Camal Kaşıkçının Səudiyyə rejimi səlahiyyətliləri tərəfindən qətlə yetirildiyindən yazdı


ABŞ-ın sabiq dövlət katibi xanım Hillari Klinton, Twitter hesabında "Apple TV" keçidini paylaşıb. Bu keçiddə qətlə yetirildiyi anadək Səudiyyə rejiminin əsas tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının həyatından bəhs edən "The Dissident" filmi reklam edilir. Xanım Klinton bu paylaşımı ilə cinayətkar Səudiyyə rejiminin Camal Kaşıkçını qətlə yetirdiyini bildirib.

Klinton Twitter istifadəçilərinə müraciətlə yazıb: "The Dissident" filmini izləməmisinizsə, ümid edirəm ki, bu filmi izləyəcəksiniz. Bu film Camal Kaşıkçının Səudiyyə rejimi tərəfindən qətlə yetirilməsindən bəhs edən inanılmaz dərəcədə dəyərli bir sənədli filmdir.

"The Dissident" amerikalı rejissor Brian Vogelin rejissorluğu ilə hazırlanmış İstanbulda Səudiyyə Ərəbistanının baş konsulluq binasında qətlə yetirilən jurnalist Camal Kaşıkçı haqda sənədli filmdir.


Story Code: 909905

News Link :
https://www.islamtimes.org/az/news/909905/hillari-klinton-səudiyyə-rejimini-qətldə-günahlandırdı

Islam Times
  https://www.islamtimes.org