QR CodeQR Code

F-35 qırıcısında 900 qüsur aşkarlandı - Pentaqon

14 Jan 2021 07:31

İslamTimes: F-35 qırıcısında təyyarənin döyüş hazırlığına mənfi təsir göstərən təxminən 900 qüsur var.


Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sınaqlar üzrə idarəsindən məlumat yayılıb.

“ABŞ-ın ən bahalı silahının hələ də bir çox qüsuru var, bunların əksəriyyəti öncədən müəyyən edilib. Problemlər təyyarənin proqram təminatı və aparatı ilə bağlıdır. Bu qüsurların 10-u ciddi problemlərdir. Onlar pilotların təhlükəsizliyini zərbə altına qoya və hərbi əməliyyatlar zamanı effektivliyini azalda bilər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarə Rusiya və Çin təhdidlərinə qarşı savaşa hazır olduğunu təsdiqləmək üçün simulyasiya təlimlərindən keçməlidir. Yalnız bundan sonra F-35-lərin kütləvi istehsalına başlanıla bilər.


Story Code: 910033

News Link :
https://www.islamtimes.org/az/news/910033/f-35-qırıcısında-900-qüsur-aşkarlandı-pentaqon

Islam Times
  https://www.islamtimes.org