QR CodeQR Code

KİV: "Snapchat" Baydenin andiçməsi günündə Trampın hesabını həmişəlik bloklayacaq

14 Jan 2021 12:04

İslamTimes: “Snapchat” sosial şəbəkəsi yanvarın 20-də ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını həmişəlik bloklayacaq.


APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“İctimai təhlükəsizlik maraqları naminə və onun (Trampın - Red.) dezinformasiya yaymaq, qəzəb nitqi ilə çıxış etmək və şiddətə çağırış etmək cəhdləri əsasında qaydalarımızı açıq şəkildə pozduğuna görə hesabını həmişəlik bağlamağı qərara aldıq”, - deyə nəşr “Snapchat”ın nümayəndəsinə istinadən yazıb.

Qeyd edək ki, “Snapchat” Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra Trampın hesabını qeyri-müəyyən müddəcən dondurub. ABŞ-ın hazırkı prezidentinin hesabları, “Twitter”, “Facebook” və “Instagram” daxil olmaqla, digər sosial şəbəkələrdə də bloklanıb. Bu xidmətlərin rəhbərliyi belə bir qərarı Trampın onların tətbiq etdiyi qaydaları pozması və öz hesablarından sui-istifadə etməklə iğtişaşları daha da alovlandırmağa çalışmaq istəməsi ilə əlaqələndirirlər.

 


Story Code: 910078

News Link :
https://www.islamtimes.org/az/news/910078/kiv-snapchat-baydenin-andiçməsi-günündə-trampın-hesabını-həmişəlik-bloklayacaq

Islam Times
  https://www.islamtimes.org