QR CodeQR Code

Tramp yanvarın 19-da bu ölkəyə qaçacaq - İngilislər açıqladı

14 Jan 2021 12:28

İslamTimes: Donald Tramp yeni prezident seçilən Co Baydenin yanvarın 20-da keçiriləcək inaqurasuya mərasimindən bir gün əvvəl - yanvarın 19-da Şotlandiyaya gedəcək.


Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.

İsveçrə mediası da Turnberri qolf sahəsi yaxınlarındakı Prestvick hava limanına yanvarın 19-da Ağ Evə aid "Boeing 757" təyyarəsinin enəcəyini iddia edib.

Noyabr ayında ABH Hava Qüvvələri tərəfindən burada edilən müşahidə fəaliyyəti deyilən iddianı daha da gücləndirib.

Adı açıqlanmayan bir mənbə bildirib ki, bu hazırlıqlar Trampın uzun müddət həmin yerdə qalacağına işarədir.

Mütəxəssislər "Boeing 757" təyyarəsinin Air Force One adlandırılan ABŞ prezidentinin təyyarəsindən daha kiçik olduğunu və az diqqət çəkdiyini, eyni zamanda bu təyyarədən Donald Tramp və Milena Trampın tez-tez istifadə etdiyini bildirirlər.

Ağ Ev isə Trampın İsveçrəyə gedəcəyi haqda yayılan məlumatlara reaksiya verməyib.


Story Code: 910100

News Link :
https://www.islamtimes.org/az/news/910100/tramp-yanvarın-19-da-bu-ölkəyə-qaçacaq-ingilislər-açıqladı

Islam Times
  https://www.islamtimes.org