QR CodeQR Code

Əl-Əqsa məscidini qorumaq üçün ümumi çağırış

11 Aug 2011 11:49

IslamTimes - Qəzəbli israilliləri sakitləşdirə bilməyən sionist rejimi yeni bir qalmaqal yaratmaqla nəzərləri nümayişlərdən yayındırmaq niyyətindədir.


"IslamTimes"-ın verdiyi məlumata əsasən, Fələstin Ali Dini Məhkəmələr Şurasının rəisi Şeyx Yusif bildirib ki, işğalçı İsrail rejimi öz əhalisinin etiraz aksiyalarına yönəlmiş nəzərləri yayındırmaq üçün Əl-Əqsa məscidində təxribat hazırlayır. Biz də Qüds şəhərində olan bütün fələstinlilərdən, o cümlədən işğal olnmuş Fələstin torpaqları sakinlərindən istəmişik ki, İsrailin bu çirkin planının qarşısını almaq üçün Əl-Əqsa məscidinə doğru hərəkət edək.

İqtisadi, ictimai problemlər üzündən ayağa qalxmış israilliləri sakitləşdirə bilməyən sionist rejim daxili böhranı həll etmək üçün yeni təxribatlara əl atıb. İki gündür ki, sionistlər polislərin nəzarəti ilə Əl-Əqsa məscidinə daxil olaraq, axtarış keçirirlər. Onlar bu addımla fələstinliləri təhrik etmək niyyətindədirlər.


Story Code: 91011

News Link :
https://www.islamtimes.org/az/news/91011/əl-əqsa-məscidini-qorumaq-üçün-ümumi-çağırış

Islam Times
  https://www.islamtimes.org