QR CodeQR Code

Rəsmi Dəməşq: Əl-Qaidə və digər terror qruplaşmaları ABŞ-ın əlaltılarıdır

إسلام تايمز , 14 Jan 2021 16:11

İslamTimes: Suriya Xarici İşlər Nazirliyi ABŞ hökumətinin İran İslam Respublikası barədə son ittihamlarına görə təəccübləndiyini və bu addımı qınadığını bildirib.


Suriya Xarici İşlər Nazirliyindəki mənbə deyib: "Rəsmi Dəməşq ABŞ-ın İranın Əl-Qaidə terror qruplaşmasına dəstək verməsi ilə bağlı iddialarının tam yalan olduğunu bildirir və bu addımın ABŞ-ın Tehrana qarşı həyata keçirdiyi anti-təbliğat kompaniyasının bir hissəsi olduğunu düşünür."

Suriyanın rəsmi xəbər agentliyi (SANA) yazıb: "Suriya XİN bildirib ki, ABŞ-ın bu iftiraları yalnız özünü aldada bilər. ABŞ belə iftiralarla özünə qarşı yönəlmiş ittihamlardan yayınmağa çalışır.

Hər kəs Əl-Qaidə və digər terror qruplarının ABŞ tərəfindən yaradıldığını yaxşı bilir. ABŞ bu terror qruplaşmalarından istifadə edərək məntəqə xalqlarını qorxudur, sabitliyi və təhlükəsizliyi pozaraq bu ölkələrə hakim olmağa çalışır."


Story Code: 910149

News Link :
https://www.islamtimes.org/az/news/910149/rəsmi-dəməşq-əl-qaidə-və-digər-terror-qruplaşmaları-abş-ın-əlaltılarıdır

Islam Times
  https://www.islamtimes.org