QR CodeQR Code

Türkiyə: İsrail "iki dövlətli həll yolu"nu məhv etməyə çalışır

إسلام تايمز , 14 Jan 2021 16:33

İslamTimes: Tel-Əvivin işğal olunmuş Fələstin torpaqlarında (Qərb sahilində) 800 yeni mənzil inşa etməsi qərarı Türkiyə dövlətinin etirazına səbəb olub


Türkiyə Xarici İşlər Nazirliyi işğalçı İsrail rejiminin Fələstin torpaqlarında sionist qəsəbəsi salma planını daha da genişləndirməsinə görə narahatlığını dilə gətirib.

Anadolu xəbər agentliyinin məlumatına görə Türkiyə XİN-in bəyanatında deyilir:

"Bu, İsrailin ABŞ-da yeni prezident iş başına gəlmədən öncə həyata keçirməyə çalışdığı yeni qanunsuz planıdır!

İsrail bu mənzillərin inşası ilə vahid, parçalanmamış müstəqil bir Fələstin dövlətinin qurulmasının qarşısını almağa çalışır. İsrail bu addımı ilə "iki dövlətli həll yolu"nu məhv etməyə çalışır!

Beynəlxalq Təşkilatlar İsrailin beynəlxalq hüquqa və BMT qətnamələrinə zidd olan bu fəaliyyətlərinə mane olmaq üçün bu rejimə təzyiq göstərməlidir!"


Story Code: 910153

News Link :
https://www.islamtimes.org/az/news/910153/türkiyə-israil-iki-dövlətli-həll-yolu-nu-məhv-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org