QR CodeQR Code

AİP sədrinin vəziyyəti məhkəmədə pisləşib

11 Aug 2011 13:19

IslamTimes - Doktor Mövsüm Səmədov ifadə verərək, ittiham aktı üzrə özünü təqsirli bilməyib. Hakimin suallarını cavablandıran zaman Mövsüm Səmədovun vəziyyəti pisləşib


FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Əməkdaşımızın məhkəmədən verdiyi məlumata görə, AİP sədri Doktor Mövsüm Səmədovun məhkəmədə vəziyyəti pisləşib.
Doktor Mövsüm Səmədov ifadə verərək, ittiham aktı üzrə özünü təqsirli bilməyib. Hakimin suallarını cavablandıran zaman Mövsüm Səmədovun vəziyyəti pisləşib. Buna görə, prosesə fasilə verilib. Məhkəməyə təcili tibbi yardım çağırılıb. Hakim bildirib ki, M. Səmədovun vəziyyəti yaxşılaşandan sonra proses davam etdiriləcək.


Story Code: 91039

News Link :
https://www.islamtimes.org/az/news/91039/aip-sədrinin-vəziyyəti-məhkəmədə-pisləşib

Islam Times
  https://www.islamtimes.org