QR CodeQR Code

İmzalar 130000-i keçdi!

11 Aug 2011 13:23

IslamTimes - Hacı İlqar bildirdi ki, bütün bu mübarək nəticələr ilahiyyatçıların, inanclı bacı və qardaşların, media mənsublarının ixlaslı və izzətli iştirakı nəticəsində əldə edilib:


"Yüzminlik müraciət" kampaniyası çərçivəsində yığılan imzaların sayı 124 000-ə çatdı. Bu barədə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məlumat vermişdir. Hacı İlqar bildirdi ki, bu sayın yığılmasını İlahi tofiqatın təzahürü kimi qiymətləndirir: "İmzalar 120 minə yaxınlaşanda, niyyət tutduq ki, 124 000-ə - İlahi peyğəmbərlərin (ə) sayına çatsın, müraciəti göndərək. Avqustun 9-u gecəyə yaxın bu sayın real yığılmasının qənaətinə gəldik və bunu nəzərə alaraq, imzaların avqustun 11-də göndərilməsi qərarını verdik.
Avqustun 10-da günortadan keçmiş, Uca Allahın xüsusi lütfü ilə 124 000 imza toplandı. Şükürlər olsun ki, bu mübarək say da əldə edildi".
Hacı İlqar bildirdi ki, bütün bu mübarək nəticələr ilahiyyatçıların, inanclı bacı və qardaşların, media mənsublarının ixlaslı və izzətli iştirakı nəticəsində əldə edilib: "Allah Təala cəmi zəhmətləri qəbul etsin, mübarək Ramazan ayında edilən bu əməlləri Öz dərgahında ibadətlərdən yazsın".


Story Code: 91041

News Link :
https://www.islamtimes.org/az/news/91041/imzalar-130000-i-keçdi

Islam Times
  https://www.islamtimes.org