0
Saturday 16 January 2021 - 01:36

Fələstində 15 il sonra ilk seçki

Story Code : 910432
Fələstində 15 il sonra ilk seçki
Fələstin Prezidenti Mahmud Abbas parlament və prezident seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, parlament seçkiləri mayın 22-də, prezident seçkiləri isə iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, Fələstin konstitusiyasına görə, seçkilər 4 ildən bir keçirilməlidir, lakin ölkə işğalçı İsrailin mühasirəsi altında olduğu üçün 2006-cı ildən bu günə qədər seçkilər keçirilməyib.