0
Saturday 16 January 2021 - 01:54

Trampın Vaşinqtondan gedəcəyi tarix açıqlandı

Story Code : 910433
Trampın Vaşinqtondan gedəcəyi tarix açıqlandı
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bir həftə əvvəl Baydenin andiçmə mərasiminə qatılmayacağını bəyan edən Trampın yanvarın 20-si səhər saatlarında Vaşinqtondan yola düşəcəyi qeyd edilir. Məlumata görə, o, Merilənd ştatında Endryus aviabazasında vida mərasimi keçirəcək. Daha sonra isə Floridadakı Mar-a-Laqo iqamətgahına yola düşəcək.

Qeyd edək ki, Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.