QR CodeQR Code

ABŞ-ın səhiyyə naziri istefa verib

16 Jan 2021 08:56

İslamTimes: ABŞ səhiyyə naziri Aleks Azar istefa verib, ancaq bununla belə səlahiyyət müddətinin sonuna qədər öz postunda qalacaq.


APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, A.Azarın istefası simvolik xarakter daşıyır və heç bir praktiki nəticə gözlənilmir. Çünki bu və ya digər halda o, 20 yanvar tarixinədək vəzifəsində qalacaq, yalnız bundan sonra səlahiyyət müddəti bitəcək.

ABŞ-da kabinet üzvləri ənənəvi olaraq səlahiyyət müddəti bitən prezidentlə birlikdə istefaya gedir.


Story Code: 910460

News Link :
https://www.islamtimes.org/az/news/910460/abş-ın-səhiyyə-naziri-istefa-verib

Islam Times
  https://www.islamtimes.org