QR CodeQR Code

SMS icazə ləğv olundu

16 Jan 2021 11:12

İslamTimes: 2021-ci il 18 yanvar saat 00:00-dan yaşayış yerini və olduğu yeri SMS-icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri SMS-icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Axar.az xəbər verir ki, bu barədə Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub.


Story Code: 910474

News Link :
https://www.islamtimes.org/az/news/910474/sms-icazə-ləğv-olundu

Islam Times
  https://www.islamtimes.org