QR CodeQR Code

Hakimiyyətin təhvil-təslimi öncəsi "müharibə" vəziyyəti: Həbslər başladı

16 Jan 2021 11:49

İslamTimes: ABŞ-da yanvarın 20-də hakimiyyətin təhvil-təslim mərasimi öncəsi tədbirlər “müharibəyə hazırlıq” ruhunu ortaya qoyur.


Teleqraf.com xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) yanvarın 20-ə hazırlıq işləri görməyə başlayıb.

Vaşinqtonda bir çox müəssisə və mağaza Donald Trampın tərəfdarının aksiya keçirmək ehtimallarına qarşı bağlanılır. Pəncərə olan hissələrinə isə taxta vurulur.

Ağ Ev və Konqres arasında olan yollar, eləcə də 13 metro stansiyası bağlanıb. Hazırda bu istiqamətdə 7 mindən çox Milli Qvardiya əsgərixidmət aparır. Hakimiyyətin təhvil-təslimi zamanı Vaşinqtonda Milli Qvardiya əsgərlərinin sayı 21 minə qaldırılacaq.

Bayden komandasının mərasim tədbirlərinə dair etdiyi hazırlıq məşqləri də dayandırılıb. Məlumata görə, bu qərar Baydenin köməkçiləri ilə məxfi xidmət rəsmiləri arasında görüşdən sonra verilib.

Paralel olaraq FTB-nin Konqresə hücumu həyata keçirən şəxslərlə bağlı əməliyyatı davam edir. Əsasən Konqresə hücum edənlərin şəxsiyyəti müəyyən olunur və saxlanılır. İndiyə qədər 100 nəfər saxlanılıb. Tutulanlar arasında radikal qrupların üzvləri çoxluq təşkil edir.

FTB həmçinin Baydenin inauqurasiya mərasimi zamanı problem yarada biləcək şəxslərin həbsini həyata keçirir. 200-dən çox belə şəxs müəyyən edilib.

Konqresə hücumunun videogörüntülərini analiz edən mütəxəssislər isə etirazçıların arasında azı 21 şəxsin işini davam etdirən və ya sabiq ordu mənsubu olduğunu ortaya çıxarıb.


Story Code: 910484

News Link :
https://www.islamtimes.org/az/news/910484/hakimiyyətin-təhvil-təslimi-öncəsi-müharibə-vəziyyəti-həbslər-başladı

Islam Times
  https://www.islamtimes.org