QR CodeQR Code

Zindandan məktub var: "Haqqımız olan azadlığımızı tələb edirik"

vetenugrunda.az , 16 Jan 2021 17:02

İslamtimes - Siyasi məhbus Sahil Rzalı ictimaiyyətə müraciət edib.



Vetenugrunda.az-a ünvanladığı məktubda o, haqsızlığa məruz qalan insanların hüquqlarının daim tapdanmasına etiraz edib.
Məktubu olduğu kimi təqdim edirik:
"İllərdir siyasi məhbusların azadlığa çıxacağı ilə bağlı vədlər verilir, amma heç biri yerinə yetirilmir, məhbuslar aldadılır. Artıq biz məhbuslar bu yalançı vədlərə inanmırıq. Haqqımız olan azadlığa tezliklə buraxılacağımıza da ümidimiz öləziyib.
Əslində ümumi cəzaçəkmə müəsissiələrində 3/1 deyilən qayda var. Yəni verilən cəzanın 3 hissəsinin 1 hissəsini çəkdikdən sonra qalan müddəti azadlıqda keçirirsən. Bu nöqteyi nəzərdən indi mən azadlıqda olmalıydım. Lakin bu məsələ ilə bağlı apellyasiya şikayətim təmin olunmadı. Baxmayaraq günahsız yerə həbs olunmuşuq, bizi azadlığa buraxmamaq ücün əllərindən gələni edirlər.
16, 17 saylı cəzaçəkmə müəssisələrində cəzasının 3/1-ni çəkən məbuslar var. Elə mənim saxlandığım 15 saylı cəzaçəkmə müəssisəsində sə belə məhbuslar çoxdur.  Günahsız yerə şərlənərək həbs edilən Ruhulla Axundzadə, Abgül Süleymanov, Mövsüm Səmədov, Anar Əliyev, Teymur Osmanov, Böyükağa Atakişiyev və digərləri cəzalarının böyük hissəsini çəkdikləri üçün bu qanunla azadlığa çıxmalıydı.
Biz günahsız olduğumuz halda illərimizi həbsxana divarları arxasında yaşayırıq. Biz hüquqlarımızın bərpa edilməsini və haqqımız olan azadlığımızı tələb edirik.
Sahil Rzalı
15 saylı Cəzaçəkmə Müəssisəsi".
YADDAŞ
2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, "Müsəlman Birliyi" Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Müsəlman Birliyi Hərəkatının üzvi olan Sahil Rzayev bu dindarların arasında olub.
O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.
Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. O, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.
Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.
 


Story Code: 910556

News Link :
https://www.islamtimes.org/az/news/910556/zindandan-məktub-var-haqqımız-olan-azadlığımızı-tələb-edirik

Islam Times
  https://www.islamtimes.org