0
Saturday 16 January 2021 - 21:50

İranla müzakirələr aparmış Vendi Şerman vəzifəyə gətirilir

Story Code : 910615
İranla müzakirələr aparmış Vendi Şerman vəzifəyə gətirilir
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden İranla nüvə danışıqlarında ABŞ-ın baş müzakirəçisi olmuş Vendi Şermanı dövlət katibinin müavini olaraq təyin edib.

Reuters-in verdiyi məlumata görə, artıq Co Bayden Vendi Şermanı ABŞ dövlət katibinin müavini vəzifəsinə namizəd olaraq göstərib.

Baydenin qərarına əsasən, Obama administrasiyasının Dövlət Departamentində çalışmış Viktoria Nuland da dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə namizəd göstərilib.

Şerman və Nuland ABŞ Senatı tərəfindən təsdiqlənsələr, XİN başçısı postuna təklif edilmiş Antoni Blinkendən sonra ABŞ Dövlət Departamentinin ikinci və üçüncü şəxsləri olacaqlar.