QR CodeQR Code

İranla müzakirələr aparmış Vendi Şerman vəzifəyə gətirilir

إسلام تايمز , 16 Jan 2021 21:50

İslamTimes: Co Bayden ABŞ-ın İranla nüvə danışıqlarında yüksək səviyyəli nümayəndəsinə vəzifə verir


ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden İranla nüvə danışıqlarında ABŞ-ın baş müzakirəçisi olmuş Vendi Şermanı dövlət katibinin müavini olaraq təyin edib.

Reuters-in verdiyi məlumata görə, artıq Co Bayden Vendi Şermanı ABŞ dövlət katibinin müavini vəzifəsinə namizəd olaraq göstərib.

Baydenin qərarına əsasən, Obama administrasiyasının Dövlət Departamentində çalışmış Viktoria Nuland da dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə namizəd göstərilib.

Şerman və Nuland ABŞ Senatı tərəfindən təsdiqlənsələr, XİN başçısı postuna təklif edilmiş Antoni Blinkendən sonra ABŞ Dövlət Departamentinin ikinci və üçüncü şəxsləri olacaqlar.


Story Code: 910615

News Link :
https://www.islamtimes.org/az/news/910615/iranla-müzakirələr-aparmış-vendi-şerman-vəzifəyə-gətirilir

Islam Times
  https://www.islamtimes.org