QR CodeQR Code

İran AB-nin qərarını qınadı

إسلام تايمز , 16 Jan 2021 23:30

İslamTimes: İran Feysəl Mikdada AB tərəfindən sanksiya tətbiq edilməsini qınadı


İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün Suriyanın Xarici İşlər naziri Feysəl Mikdada AB tərəfindən sanksiya tətbiq edilməsini düşünülməmiş addım kimi dəyərləndirib. İran rəsmisi bildirib ki, bu addım Suriya böhranının həllinə mənfi təsir bağışlayacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Bu cür xoşagəlməz bir hərəkət yalnız daha çox fikir ayrılığına səbəb ola bilər. Beləliklə Brüssel ilə Dəməşq arasında inamsızlıq artacaq. Suriya böhranında siyasi həll yoluna ehtiyac duyulan zaman Suriya XİN rəhbərinə sanskiya tətbiq edilməsi sülh prosesində təxribat yaratmaqdan başqa bir şey deyil."

Səid Xətibzadə bildirib ki, AB-dən bu qərarı ilə bağlı dəyişilik etmək gözlənilir. Xüsusilə sionist rejimin Suriya ərazisinə təcavüz etdiyi, bu ölkənin milli suverenliyini pozduğu şəraitdə AB-dən İsrailin təcavüzkarlığına etiraz edəcəyi gözlənilirdi. Amma Suriya özü təzyiqlərə məruz qalır.


Story Code: 910636

News Link :
https://www.islamtimes.org/az/news/910636/iran-ab-nin-qərarını-qınadı

Islam Times
  https://www.islamtimes.org