QR CodeQR Code

ABŞ-ın Məşhəd ziyarəti fonduna sanksiya tətbiqinə "Hizbullah" reaksiya bildirdi

17 Jan 2021 00:05

İslamTimes: Livan "Hizbullah" hərəkatı ABŞ-ın İrandakı Astan Qüds Rəzəvi (AQR) təşkilatını sanksiya siyahısına əlavə etməsini kəskin şəkildə qınayıb.


"Hizbullah" tərəfindən yayımlanan yazılı açıqlamada bu ifadələr yer alıb:

"Donald Tramp hökumətinin bitməsinə bir neçə gün qalmış ABŞ Dövlət Departamentinin çılğınlığının artdığı müşahidə olunur.
ABŞ-ın Qüds Rəzəvi (AQR) təşkilatını və onun qoruyucusu Şeyx Əhməd Mərvini sanksiya siyahısına salınması tayı-bərabəri olmayan bir hərəkətdir. Bu qurum milyonlarla müsəlmana müqəddəs bir ibadət yeri olduğu üçün ABŞ-ın qərarı İslama təhqir hesab olunur."

Yazılı açıqlamada "ABŞ-ın bu qərarı bu ölkənin rəhbərlərinin əxlaqi və intellektual dərəcələrinin azaldığını göstərir", - deyilib.

Qeyd edək ki, Astan Qüds Rəzəvi (AQR) təşkilatı Cəfəri şiələrin İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın ziyarətgahının fondudur. /Eastnews/


Story Code: 910643

News Link :
https://www.islamtimes.org/az/news/910643/abş-ın-məşhəd-ziyarəti-fonduna-sanksiya-tətbiqinə-hizbullah-reaksiya-bildirdi

Islam Times
  https://www.islamtimes.org