QR CodeQR Code

AB Fələstindəki seçkilərlə bağlı işğalçı İsrailə çağırış etdi

17 Jan 2021 01:18

İslamTimes: Avropa Birliyi (AB) Fələstində parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı məmnuniyyətlə qarşılayır.


Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib.

“AB seçki prosesini dəstəkləmək üçün müvafiq qurumlarla işləməyə hazırdır. Bundan başqa, İsrail tərəfinə də Fələstin torpaqlarında keçiriləcək seçki proseslərinin asanlaşdırılması mövzusunda köməklik göstərməsi üçün çağırış edirik”, - P.Stano bildirib.

Qeyd edək ki, Fələstində 15 ildən sonra ilk dəfə seçkilərin keçirilməsi üçün qərar qəbul edilib. Ölkə prezidenti Mahmud Abbasın fərmanına əsasən, parlament seçkiləri mayın 22-də, prezident seçkiləri isə iyulun 31-də keçiriləcək.


Story Code: 910646

News Link :
https://www.islamtimes.org/az/news/910646/ab-fələstindəki-seçkilərlə-bağlı-işğalçı-israilə-çağırış-etdi

Islam Times
  https://www.islamtimes.org