QR CodeQR Code

"Financial Times": Dolları taxtdan salacaqlar

17 Jan 2021 09:12

İslamTimes: "Financial Times": Dolları taxtdan salacaqlar


Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur.

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır.

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.


Story Code: 910668

News Link :
https://www.islamtimes.org/az/news/910668/financial-times-dolları-taxtdan-salacaqlar

Islam Times
  https://www.islamtimes.org