0
Sunday 17 January 2021 - 11:02

Baydenin milli təhlükəsizlik müşaviri Ənsarullahın terrorçu elan edilməsinə qarşı çıxdı

Story Code : 910682
Baydenin milli təhlükəsizlik müşaviri Ənsarullahın terrorçu elan edilməsinə qarşı çıxdı
ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Salivan Tramp administrasiyasının Yəmənin Ənsarullah Müqavimət Hərəkatını terror təşkilatı elan etməsinə qarşı çıxıb.

Salivan bazar günü Twitter səhifəsində yazdığı mesajında deyib: "Husi komandirləri cavabdeh olmalıdırlar, ancaq bütün Ənsarullah Təşkilatını terrorçu elan etmək yalnız Yəmən xalqının daha çox əzab çəkməsinə və müharibəni bitirmək üçün lazım olan həyati əhəmiyyətli diplomatiyanın təxirə salınmasına səbəb olacaq."

Salivan bu mesajı yazaraq Senator Todd Youngun Ənsarullahın terrorçu adlandırmasına qarşı fikirləri ilə həmrəy olduğunu bildirib.

Todd Young bildirmişdi ki, ABŞ dövlət katibi Mayk Pompeonun Yəməndəki Husi hərəkatını terror təşkilatı elan etməsi, ABŞ-ın Yəmən münaqişəsində səhv addımlarının davamıdır!