QR CodeQR Code

"Yəmən xalqını qətliam edənlər bizdən sülh göyərçini gözləməsinlər"

إسلام تايمز , 17 Jan 2021 12:03

İslamTimes: Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər naziri Səudiyyə Ərəbistanına xəbərdarlıq edərək bildirib ki, Yəmənin mülki əhalisini qətliam etmək üçün qırıcı göndərən ölkələr Yəməndən sülh göyərçini gözləməsinlər!


Saba xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər naziri Hişam Şərəf Səudiyyə Ərəbistanı xarici işlər nazirinin digər ərəb ölkələrindəki həmkarları ilə görüşlərinin nəticələri barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. Bəzi ərəb ölkələrinin bir araya gəlməsindən sonra Yəməni raket və dron əməliyyatlarına görə ittiham etmək qərarına gəlindiyi bildirilir.

Yəmən XİN başçısı isə bu mövzu ilə bağlı deyib: "Qırıcı təyyarələrini Yəmənin mülki əhalisinin başına bomba ələməyə göndərənlər, yəmənliləri qətliam edənlər, şəhərlərimizi və kəndlərimizi viran qoyanlar bizim onlara gül dəstələri və sülh göyərçinləri ilə cavab verəcəyimizi gözləyir?!"

Şərif əlavə etdi: "Səudiyyə rəsmiləri öz müttəfiqlərindən də istifadə edərək elə göstərməyə çalışır ki, guya təkcə Ənsarullahla vuruşub, bu Müqavimət Hərəkatını hədəf alır. Halbuki, bu gün bütün Yəmən xalqı, xalq komitələri Sədiyyə rejiminin hücumlarına məruz qalır və cavab olaraq da bütün xalq işğalçı Ərəbistana qarşı cəbhədə yer alır!"


Story Code: 910685

News Link :
https://www.islamtimes.org/az/news/910685/yəmən-xalqını-qətliam-edənlər-bizdən-sülh-göyərçini-gözləməsinlər

Islam Times
  https://www.islamtimes.org