QR CodeQR Code

Kamala Harris bu postunu tərk edir

18 Jan 2021 01:59

İslamTimes: ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris sabah ABŞ Konqresinin Kaliforniya ştatından senatoru vəzifəsindən ayrılacaq.


Publika.az xəbər verir ki, Harris bu barədə Kaliforniya qubernatorunu məlumatlandırıb.

Yeni vitse-prezidentin köməkçilərindən biri Kamal Harrisin köhnə vəzifəsindən ayrılacağını rəsmi olaraq yanvarın 18-də elan edəcəyini deyib. Kaliforniyanın qubernatoru Nyusom Harrisin yerinə Aleks Padillanın təyin edildiyini bildirib.

Xatırladaq ki, Cozef Baydenin inauqurasiyasının yanvarın 20-də baş tutacağı gözlənilir.

 


Story Code: 910770

News Link :
https://www.islamtimes.org/az/news/910770/kamala-harris-bu-postunu-tərk-edir

Islam Times
  https://www.islamtimes.org