QR CodeQR Code

AB-dən işğalçı İsrailə xəbərdarlıq: Kritik dönəm başlayıb, dayan!

18 Jan 2021 08:29

İslamTimes: İşğalçı İsrailin Qüdsün cənubundakı 800 bina tikməklə bağlı qərarı beynəlxalq hüquqa ziddir.


Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrellin ofisindən yayılmış açıqlamada bildirilib.

“Yeni yaşayış məntəqələrinin inşası İsrail-Fələstin arasındakı böhranın həllini mümkünsüz edir. İsrail hökuməti bu qərarından vaz keçməlidir.

Son vaxtlar Yaxın Şərqdə sülh üçün kritik dönəm başlayıb. Bu kimi addımlar İsrailin ərəb ölkələri ilə normallaşan münasibətlərinə də zərbə vura bilər”, - məlumatda vurğulanıb.


Story Code: 910807

News Link :
https://www.islamtimes.org/az/news/910807/ab-dən-işğalçı-israilə-xəbərdarlıq-kritik-dönəm-başlayıb-dayan

Islam Times
  https://www.islamtimes.org