QR CodeQR Code

Rabi Meir:

İSRAILIN DÜNYA XƏRITƏSINDƏN MƏHVI YAXINDIR

Faktxeber.com , 2 Aug 2009 17:12

"Qüds"-də yerləşən "şəhər mühafizəçiləri" adlı yəhudi cəmiyyətinin rəhbəri Rabi Meir İsrailin Fələstinlilərlə olan münaqişəsinə işarə edərək deyib: Ümid edirəm ki, bütün Fələstin torpaqlarını əhatə edən bir Fələstin dövləti qurulacaqdır.


O, İsrail rejiminin tezliklə dünya xəritəsindən silinəcəyinə təkid edərək deyib: “Bütün yəhudilər, Fələstin torpaqlarında yaranan Fələstin dövlətinin bayrağı altında yaşamağa hazırdır. Necə ki, İsrail-sionist rejimi yaranmamışdan öncə biz, Fələstinlilərlə birgə, Fələstin bayrağı altında sülh şəraitində yaşayırdıq. Odur ki, İsrail rejimi tezliklə dünya xəritəsindən silinməlidir. Biz isə buna çox yaxınıq”. 

Qeyd edək ki, “ŞƏHƏR MÜHAFİZƏÇİLƏRİ” adlı bu yəhudi cəmiyyət ilk olaraq 1935 ildə təsis edilmiş və bu cəmiyyətin əsas qərargahı “Nyu-york” şəhərində yerləşir. Bu cəmiyyətin digər özək qərargahları isə bir sıra ölkə və yerlərdə, o cümlədən Avstraliya, İngiltərə, Tel-əviv və Beytül-müqəddəsdə yerləşir.


Story Code: 9109

News Link :
https://www.islamtimes.org/az/news/9109/israilin-dünya-xəritəsindən-məhvi-yaxindir

Islam Times
  https://www.islamtimes.org