0
Monday 18 January 2021 - 21:34

İvanka Tramp atasının Ağ Evi tərk edəcəyinə görə təşvişə düşüb

Story Code : 910962
İvanka Tramp atasının Ağ Evi tərk edəcəyinə görə təşvişə düşüb
Sputnik-in verdiyi məlumata görə, Trampın başı siyasi məsələlərə qarışan böyük qızı İvanka bildirimişdi, atasının qəzəblənməsinə baxmayaraq, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminə qatılacaq. Elə görünür ki, İvanka Trampın siyasi gələcəyi ilə bağlı ciddi narahatlıqları var. O etibarını qorumaq üçün əlindən gələni edir.

CNN müxbiri Kit Benet Ağ Evdəki mənbələrə istinadən bildirib ki, İvanka və həyat yoldaşı Cerad Kuşner Trampdan sonra gələcəklərinə görə olduqca nigarandırlar.

Benet deyib: "Bu gün bir çox qaynaqlarla əlaqə saxlamışam. Onlar deyirlər ki, hazırda İvanka və həyat yoldaşının Ağ Evdən sonra yaşamaq istədikləri yerdən tutmuş məşğul olacaqları işə qədər hər şey sual altındadır."