0
Tuesday 19 January 2021 - 10:14

Donald Tramp ABŞ prezidenti vəzifəsində vida çıxışını yazdı

Story Code : 911034
Donald Tramp ABŞ prezidenti vəzifəsində vida çıxışını yazdı
“Report”un məlumatına görə, bu barədə mənbəyə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, videoyazı çərşənbə axşamı elan oluna bilər, hərçənd son müddət hələ müəyyən edilməyib. Qeyd edilir ki, Tramp çıxışında onun fikrincə prezident postunda "nailiyyətlərin" ən əhəmiyyətlilərini sadalayacaq. Həmçinin müraciətində yeni administrasiya xatırlanır, ancaq seçilmiş prezident Co Baydenin komandası haqqında fikrin konteksti dəqiqləşmir.

Co Baydenin və ABŞ-ın vitse-prezidenti seçilmiş Kamala Harrisin inauqurasiyası yanvarın 20-ə nəzərdə tutulub.