QR CodeQR Code

Donald Tramp ABŞ prezidenti vəzifəsində vida çıxışını yazdı

19 Jan 2021 10:14

İslamTimes: ABŞ-ın hazırkı prezidenti Donald Tramp bazar ertəsi Vaşinqton administrasiyasının başçısı vəzifəsində vida videomüraciətini yazıb.


“Report”un məlumatına görə, bu barədə mənbəyə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, videoyazı çərşənbə axşamı elan oluna bilər, hərçənd son müddət hələ müəyyən edilməyib. Qeyd edilir ki, Tramp çıxışında onun fikrincə prezident postunda "nailiyyətlərin" ən əhəmiyyətlilərini sadalayacaq. Həmçinin müraciətində yeni administrasiya xatırlanır, ancaq seçilmiş prezident Co Baydenin komandası haqqında fikrin konteksti dəqiqləşmir.

Co Baydenin və ABŞ-ın vitse-prezidenti seçilmiş Kamala Harrisin inauqurasiyası yanvarın 20-ə nəzərdə tutulub.

 


Story Code: 911034

News Link :
https://www.islamtimes.org/az/news/911034/donald-tramp-abş-prezidenti-vəzifəsində-vida-çıxışını-yazdı

Islam Times
  https://www.islamtimes.org